Amerikalı məşhur müğənni Beyonsun "Renessans" dünya turu çərçivəsində keçirilən konsertindən əldə etdiyi gəlir bəlli olub.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, 42 yaşlı sənətçi turdan 579 milyon dollar məvacib qazanıb.
O, bununla rekorda imza atıb.
Qeyd edək ki, rekord 2008-ci ildən bəri "Sticky & Sweet" turu ilə təxminən 411 milyon dollar toplayan müğənni Madonnaya məxsus idi. Beyons sentyabrın əvvəlində 461 milyon dollarla artıq həmkarının rekordunu yeniləmişdi.