“Sabah” basketbol klubu FIBA Avropa Kubokunun A qrupunda sonuncu oyununu keçirib.
"Unikal" xəbər verir ki, Azərbaycan çempionu Rumıniyanın “Rapid” komandası ilə qarşılaşıb. Rəqibinə 90:71 hesabı ilə qalib gələn Bakı təmsilçisi qrupu lider olaraq tamamlayaraq müntəzəm mövsümdə iştirak hüququna yiyələnib.
“Sabah” Avropa Kubokunun bu mərhələsində D qrupunda mübarizə aparacaq. Komandanın rəqibləri “Mornar” (Monteneqro), “Baxçaşehir” (Türkiyə) və “Nimbruk” (Çexiya) klubları olacaq.
Azərbaycan təmsilçisi qrupda ilk oyununu oktyabrın 18-də səfərdə “Mornar” klubuna qarşı olacaq.