“Qarabağ” yaxşı oyunçulara malik güclü komandadır. Bununla belə, dünənki qarşılaşmada şanslar bərabər idi”.
"Unikal" xəbər verir ki, bu sözləri İsveçin “Hekken” komandasının futbolçusu Mikkel Rüqor UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda evdə “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları oyun barədə klubun rəsmi saytına açıqlamasında deyib.
Danimarkalı yarımmüdafiəçi matçın bəzi hissələrində yaxşı oynadıqlarını və Ağdam təmsilçisinə çətinlik yaratdıqlarını bildirib: “Yaxşı nəticə qazana bilərdik. Amma bunun üçün rəqibin cərimə meydançasında daha inamlı oynamalıydıq. Bu cür görüşlərdə elə də çox fürsətin olmaya bilər. Ona görə də ələ düşən imkanlardan maksimum yararlanmaq lazımdır”.
İlk hissədə standart vəziyyətdən vurduğu topun qapı tirinə tuş gəldiyini xatırladan 33 yaşlı oyunçu məşqlərdə cərimə zərbələrinin üzərində çalışdığını əlavə edib: “Qol vurmaq üçün yaxşı mövqe idi. Təəssüf ki, top qapı tirinə dəyərək meydanı tərk etdi. Yaxşı imkanlarımız var idi. “Qarabağ” qol vuranadək hesabı aça bilərdik. Amma rəqib fərqləndikdən sonra bunu etmək çətinləşir. Düşünürəm ki, yaxşı mübarizə apardıq. Belə oyunla uduzmaq məyusedicidir”.
Qeyd edək ki, H qrupunda mübarizə aparan “Qarabağ” iki turdan sonra 6 xalla ikinci pillədə qərarlaşıb.