Azərbaycan Premyer Liqasında IX tura start verilib.
"Unikal" xəbər verir ki, turun açılış oyununda lider “Zirə” meydana çıxıb.
Qəsəbə təmsilçisi doğma arenasında “Turan Tovuz”u qəbul edib. Görüşdə hesabı meydan sahibləri açıblar. 33-cü dəqiqədə Salifu Suma fərqlənib.
Qonaqlar 74-cü dəqiqədə Denis Marandiçinin qolu sayəsində “status-kvo”nu bərpa ediblər. Lakin tovuzluların bərabərlik sevinci cəmi 3 dəqiqə çəkib. 77-ci dəqiqədə Qismət Alıyev “Zirə”yə 2:1 hesablı qələbə qazandıran qola imza atıb.
Bu qalibiyyət sayəsində bakılılar xallarının sayını 19-a çatdırıblar. Bölgə təmsilçisi isə 11 xalda qalıb.
Qeyd edək ki, turun “Qəbələ” – “Səbail”, “Sabah” – “Araz-Naxçıvan” görüşləri oktyabrın 7-də, “Sumqayıt” – “Kəpəz” və “Neftçi” – “Qarabağ” qarşılaşmaları isə 8-də keçiriləcək.