Əfqanıstanda baş vermiş zəlzələ və afterşokların qurbanlarının sayı 2 minə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Associated Press Taliban nümayəndəsinə istinadən xəbər verir.

xxx

09:26

Əfqanıstanda baş verən güclü zəlzələdə 500 nəfər ölüb.

"Unikal" xəbər verir ki, bunu Qızıl Aypara Cəmiyyətinin sözçüsü Erfanullah Şərəfzoi bildirib.

Qeyd edək ki, 6,3 bal gücündə baş verən zəlzələnin episentri 272 min insanın yaşadığı Herat şəhərindən 42 km şimal-qərbdə olub.

xxx

16:26 (07.10.2023)

Əfqanıstanın qərbində baş verən zəlzələ nəticəsində 14 nəfər ölüb.

"Unikal" xəbər verir ki, bunu Herat vilayətinin ictimai səhiyyə departamentinin direktoru Məhəmməd Taleb Şəhid deyib.

Onun sözlərinə görə, Əfqanıstanın qərbindəki Herat əyalətində baş verən 6,3 maqnitudalı zəlzələ nəticəsində 78 nəfər yaralanıb.

***11:29

Əfqanıstanda 6,3 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, zəlzələ İranın Rəzəvi Xorasan vilayətinin Məşhəd və digər şəhərlərində də hiss edilib.