"Tottenhem" İngiltərə Premyer Liqasının 8-ci turunda "Luton Taun"un qonağı olub.

"Unikal" xəbər verir ki, matç qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ilə xalını 20-yə (8 oyun) çatdıran "Tottenhem" turnir cədvəlində 1-ci pilləyə yüksəlib. 

7 oyundan 18 xalı olan və hazırda ikinci pillədə qərarlaşan “Mançester Siti” sabah üçüncü yerdəki “Arsenal”a qalib gələcəyi halda liderliyi yenidən özünə qaytaracaq.