Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında birinci dövrəyə yekun vurulacaq.

"Unikal" xəbər verir ki, IX turun daha iki oyunu baş tutacaq.

İlk olaraq "Sumqayıt" "Kəpəz"i qəbul edəcək. Rəqiblərindən bir görüş az keçirən "gənclik şəhəri" təmsilçisi səkkiz xalla 7-ci, Gəncə klubu isə beş xalla sonuncu-10-cu pillədə qərarlaşıb.

Tur "Neftçi" və "Qarabağ" arasında keçiriləcək Azərbaycan derbisi ilə başa çatacaq. "Köhlən atlar" 16 xalla üçüncü, "ağ-qaralar" 12 xalla beşinci sıradadır.