1989-cu ildə yaradılan məşhur “Панки по пьянке” qrupunun lideri Andrey Serebrennikov Kubada boğularaq ölüb.
"Unikal" rus mətbuatına istinadən xəbər verir ki, bu barədə 60 yaşlı musiqiçinin dostu məlumat yayıb.
O bildirib ki, ailəsi ilə istirahətdə olarkən dənizə girən sənətçi suda infartk keçirərək batıb.
Qeyd edək ki, Andrey 35 ildir səhnədə çıxış edirdi.