"Di Si Yunayted" baş məşqçisi Ueyn Runi ilə yolları ayırıb.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ klubunun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.
"Di Si Yunayted"in 40 xalı var və MLS Şərq Konfransının turnir cədvəlində 9-cu yerdədir. Klub pley-off mərhələsinin 1/16 finalına yüksəlib.
Qeyd edək ki, Ueyn Runi ötən ilin yayında "Di Si Yunayted"ə baş məşqçi təyin olunmuşdu.