"Murov Az Terminal" çimərlik voleybolu tarixində ilk dəfə keçirilən Avropa Kubokunun (Beach Volley European Cup) qalibi olub.
"Unikal" xəbər verir ki, Azərbaycan təmsilçisi finalda Türkiyənin "TVF Spor Lisesi SK Ankara" klubunu məğlub edib.
Komandalar arasında keçirilən iki oyundan birində ev sahibləri, ikincisində isə "Murov Az Terminal" qələbə qazanıb. Yarışın qalibi isə qızıl setdə müəyyənləşib.
Rəqibini 15:10 hesabı ilə üstələyən Azərbaycan komandası Avropa Kubokunun sahibi olub.