Azərbaycan təyyarələri Qarabağda
11:09 06-04-2013
CƏMİYYƏT
Azərbaycan təyyarələri Qarabağda
Geniş hərbi təlimlər isə hələ olacaq
Cəbhə xətti üzərində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin uçuşları olub.Hərbi Hava Qüvvələrinə məxsus 2 təyyarə Ağdam və Tərtər rayonları ərazisində, cəbhə xətti üzərində uçuşlar həyata keçirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bunun planlaşdırılmış təlim uçuşları olduğu bildirilib.Qeyd edək ki, bu gün ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi qoşunların təmas xəttinin qarşı tərəfindən Bərdə istiqamətinə keçiblər. Onlar həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq təmas xəttinin qarşı tərəfində Ağdam rayonunun Ağdam-Bərdə yolu üzərində keçirilən monitorinqi izləyiblər.
Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi dünən qoşunların təmas xəttinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətdə olan hissəsindən işğal olunmuş Ağdərə istiqamətinə keçmişdilər.Belə bir məqamda Azərbaycan tərəfinin bu uçuşları həyata keçirtməsi hansı anlamda qəbul oluna bilər? Ekspertlər hesab edir ki, təyyarə uçuşlarının həyata keçirilməsi bir neçə anlamda qəbul olunmalıdır. İlk növbədə bu mənadakı Ermənistan tərəfi Xankəndi hava limanını işə salmaqda israrlı görünürlər və Azərbaycan tərəfi bununla barışmaq niyyətində deyil və bəyan ediblər ki, uçuşlar olarsa hərbi müdaxilə olacaq. Bu arada hava limanı mövzusu ATƏT-in Minsk qrupununda müzakirəsinə çıxarılıb və belə bir rəy hazırlanır ki, uçuşlar dinc məqsədlidirsə bununla razılaşmaq olar. Buna uyğun olaraq Ermənistanda bəyan edib ki, bu xəttə 12 nəfərlik təyyarələr buraxmaq istəyirlər ki, bunlarda mülki təyyarələrdir. Ekspertlər hesab edir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bu səfərləri zamanı yenə də hava limanı məsələsini görünür müzakirəyə çıxarıblar və Azərbaycan tərəfinin etirazını eşidiblər. Azərbaycan tərəfi həm də bu uçuşları həyata keçirtməklə gücünü nümayiş etdirir və bu kifayət qədər effektli olub. Başqa bir tərəfdən ekspertlər hesab edir ki, Azərbaycan tərəfinin hərbi uçuşlar həyata keçirtməsi həm də psixoloji bir məsələdir. Yerli müşahidəçilər qeyd edir ki, ümumiyyətlə Azərbaycan ordusu vaxtaşrı hərbi təlimlər həyata keçirir və bunun qarşılığında Azərbaycanla sərhəd bölgəsində yaşayan ermənilər yaşadıqları əraziləri belə tərk edirlər. Çünki Azərbaycan ordusunun gücünü açıq şəkildə görürlər və sözsüz ki, bundan narahat olurlar. Bundan başqa Ermənistan mətbuatında da qeyd olunduğu kimi bu ölkənin ordusunda korrupsiya və rüşvətin həddindən çox artması, döyüş qabiliyyətinin zəifləməsi səbəbindən Ermənistan əhalisinin öz ordusuna inamı yoxdur. Bu inamsızlığa görə də yerli sakinlər cəbhə bölgəsində yaşamaqdan imtina edirlər.
Bunu da qeyd edək ki, Azərbaycan ordusu bir neçə ay öncədə geniş heyətli hərbi təlimlərə start vermişdi. Gələcəkdə isə bu təlimlərin daha qlobal olması nəzərdə tutulur. Hətta Gürcüstanın müdafiə naziri də bəyan etmişdi ki, yaxın vaxtlarda Türkiyə-Azərbaycan-Gürcüstan ordusunun birgə hərbi təlimləri başlayacaq. Bunu da qeyd edək ki, təlimlərə ABŞ ordusu da qatılacaq. Ermənistan tərəfinə gəldikdə isə bu günə qədər düşmən ordusu tək başına bir dəfə də olsa ciddi hərbi təlim keçirtməyib. Sadəcə olaraq ya Rusiya ordusu ilə birlikdə, ya da Kollektiv Təhlükəsizliyi Müqaviləsi Təşkilatının iştirakı ilə hərbi təlimlər keçirilib. Hətta Ermənistan ordu günü ilə bağlı Yerevanda hərbi parad keçirəndə də paradda Rusiya ordusu iştirak etmişdi və bu Ermənistan cəmiyyətinin ciddi narazılığına səbəb olmuşdu. Azərbaycan ordusu isə artıq tək başına bu cür aksiyaları keçirtməyə qadir olduğunu dəfələrlə sübut edib.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22