"Bizim Ermənistandan gözləntimiz sülh və firavanlığa yönəlmiş bir yanaşma müəyyən etməkdir".
"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada bildirib.
O qeyd edib ki, Ermənistan başda Zəngəzur dəhlizinin açılması olmaqla, vədləri yerinə yetirərsə, Türkiyə münasibətləri addım-addım inkişaf etdirməyə hazırdır.
Ərdoğan, həmçinin, İranı “regionda sülh və sabitliyin bərqərar olması üçün siyasi və iqtisadi addımların yolunu açacaq bu tarixi layihədə ( Zəngəzur dəhlizinin açılması -red.) birlikdə hərəkət etməyə” çağırıb.