Qəzza zolağında yerləşən Beyt Lahiya şəhərində 14 nəfərlik bir ailə İsrail ordusunun bombardmanları nəticəsində həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə WAFA məlumat yayıb.

Agentliyin məlumatına görə, evdə ailələri ilə birlikdə Məhəmməd və Əhməd Əkrəm Əl-Madhun adlı iki qardaş yaşayıb. Onların atası, anası və digər iki qardaşı 2021-ci ildə İsrail ordusunun yaxınlıqdakı evi vurması nəticəsində həlak olub.

 Xatırladaq ki, münaqişənin kəskinləşməsi başlayandan üç gün ərzində Fələstində 704 nəfər həlak olub. Daha 3900 nəfər yaralanıb