Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi "Fənərbağça" klubunun prezidenti Əli Koçu 210 min TL (14 712 manat) cərimələyib.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna 56 yaşlı funksionerin televiziya verilişlərinin birində işlətdiyi ifadələr səbəb olub.
Klub rəhbərinin hakim və digər rəsmi şəxslər barədə qeyri-etik ifadələr işlətdiyi bildirilib.
O, 45 gün TFF-nin bayrağı altında keçirilən yarışlarda iştirak edə bilməyəcək.