"İndi Ermənistanla Azərbaycan arasında hamıya görə əsirlərin mübadiləsi üçün yaxşı şərait yaradılıb".
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün bildirib.
“Moskva dəfələrlə tərəfdaşlarını “hamı üçün” prinsipi ilə ikitərəfli və üçtərəfli formatda məhbus mübadiləsini başa çatdırmağa çağırıb. İndi bunun üçün çox yaxşı şərait var, biz bu məsələnin uğurla həll olunacağını gözləyirik”, - deyə Zaxarova bildirib.
Onun sözlərinə görə, istənilən vəziyyətdə məhbuslara humanitar hüquq normaları tətbiq edilməlidir.
Rusiya Federasiyasının bu məsələdə hansı dəstəyi ola biləcəyi sualına Zaxarova cavab verib ki, söhbət Rusiya vətəndaşlarından yox, Qarabağ ərazisində yaşayan sakinlərdən gedir.
“Əgər söhbət Rusiya vətəndaşlarına aiddirsə, o zaman onlar faciəvi vəziyyətə düşsələr, biz onları mütləq dəstəkləyəcəyik”, - Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.
Ermənistan hakimiyyətinin məlumatına görə, Azərbaycanda əsirlikdə 33 erməni hərbçi və mülki şəxs var. Bakı 33 nəfərin məhbus olduğunu təsdiqləyir. Erməni hüquq müdafiəçilərinin məlumatına görə, 80 nəfər azərbaycanlı əsirlikdədir.