"Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldə görüşlə bağlı ilkin razılıq var".
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
“İlham Əliyevlə Brüsseldə görüşümüz – həm biz, həm də Azərbaycan bu görüşü keçirməyə hazır olduqlarını bəyan etmişik. Bu o demək olacaq ki, tərəflər sülhə doğru irəliləmək istəyirlər. 2-3 ay ərzində sülh müqaviləsinin imzalanması ehtimalı 70% olacaq”- Paşinyan bildirib.