"Rusiya sülhməramlılarının Qarabağda qalıb-qalmaması məsələsi Ermənistandan asılı deyil".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Rusiya Azərbaycanla müəyyən müzakirələr aparır. Bu məsələ bizimlə də müzakirə olunur. Ona görə də, Qarabağda sülhməramlıların gələcək iştirakı ilə bağlı suala birbaşa cavab verə bilmərəm”.
Əvvəllər bildirilirdi ki, Qarabağda vəziyyət kəskin şəkildə dəyişib, ona görə də Rusiya sülhməramlılarının fəaliyyəti yeni şərtlərə uyğun tənzimlənəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib .