Rusiya Prezidenti Vladimir Putin Qırğızıstanda keçiriləcək MDB sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirməyi planlaşdırır.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Putin Rusiya Enerji Həftəsinin plenar iclasında deyib.

“Mən MDB-nin Qırğızıstanda keçiriləcək sammiti çərçivəsində Prezident İlham Əliyevlə görüşəcəyəm”.

Kremlin məlumatına görə, prezidentlər Qarabağdakı vəziyyəti və Rusiya sülhməramlıları mövzusunu müzakirə edəcəklər. 

Nuranə Abbasova