Rusiya prezidenti Vladimir Putin gələn həftə Çinə səfər edəcək.

"Unikal" xəbər verir ki, bu barədə onun köməkçisi Yuri Uşakov bildirib.

Uşakov bildirib ki, Putin oktyabrın 12-də Qırğızıstana rəsmi səfər edəcək, həmçinin oktyabrın 13-də MDB-nin Bişkekdə keçiriləcək sammitində iştirak edəcək.

Xatırladaq ki, bu ilin mart ayında Çinin lideri Si Cinpin Rusiya Federasiyasının prezidenti ilə qeyri-rəsmi görüşü zamanı onu Pekinə səfərə dəvət etdiyini açıqlayıb.