"Əgər Paşinyan MDB sammitinə gəlsəydi, Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş Qırğızıstanda təşkil olunacaqdı".
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
“Burada Əliyevlə əlaqə saxlamağa razılaşdıq, çünki o, iştirak edəcək. Əgər Paşinyan gəlsəydi, mən 100% zəmanət verirəm ki, təbii ki, onunla görüş təşkil olunacaqdı”, o, jurnalistlərə bildirib.
Oktyabrın 13-də Qırğızıstanda MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək. İclasda Rusiya Federasiyası, Azərbaycan, Belarus, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri iştirak edəcəklər. Ermənistanın baş naziri Paşinyan iştirak etməyəcək.