Şairə Nazilə Səfərli aparacı Nanə Ağamalıyevanın verilişində robota xınayaxdı etməsi ilə bağlı açıqlama verib.
“Unikal”ın məlumatına görə, Nazilə Səfərli bunun simvolik olduğunu bildirib:
“Guya görünməmiş hadisə baş verib. Bütün qız uşaqlarına kukla almırsız? Kuklaya toy edir, yemək bişirir, ev qurur. Robot da bir kukladır. Robotu görəndə dedim buna mahnı oxuyum. Adama uşaq olmağı da qadağan edirsiniz. Bəsdirin! Nanə sizə haqq edir. Yaxşı edir robotlara xına yaxdırır. Heç xına da yaxmamışıq. Sadəcə, təbliğ etmişik ki, sən robotsan, sənin əlin xına götürməz”.