Rusiyanın "Uralts TS" komandasının futbolçusu 33 yaşlı Yevgeni Sitnikov faciəli şəkildə dünyasını dəyişib.

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, o, Perm - Yekaterinburq avtomobil yolunda qəzaya düşüb. Sitnikovla birlikdə maşında "Uralts TS"nin digər oyunçuları Kirill Koçetov, Kirill Mulnikov və Denis Fedoroçev də olub.

Hazırda xəstəxanada olan Koçetovun vəziyyəti ağırdır.