Ölkədə cəzasızlıq mühiti yaradılır?
11:14 09-04-2013
CƏMİYYƏT
Ölkədə cəzasızlıq mühiti yaradılır?
Yaşar Cəfərli: "Bu ölkədə yüksəkrütbəli məmurları tənqid edənlər döyülməyə başlanıb"
Xəbər verildiyi kimi, "Ehtiyatda və İstefada olan Zabitlər" İctimai Birliyinin sədri Yaşar Cəfərli bu il aprelin 2-də Yasamal rayonunda Yeni Yasamal yaşayış massivində yaşadığı binanın həyətində 2 nəfər tanımadığı şəxsin hücumuna məruz qalıb və nəticədə bədən xəsarəti alıb.
Onun "Unikal"a bildirdiyinə görə, "Ətrafda olan qonşuların köməyi ilə mənə qarşı xuliqanlıq edən şəxsləri saxlamaq istədik. Onlar həmin şəxslərə də müqavimət göstərərək fiziki zərbələr endirməyə başladılar. Nəticədə onlardan biri qaçıb getdi. Digər xuliqanı isə saxlaya bildik. İkinci xuliqanı saxladıqdan sonra dərhal hadisə yerinə polis çağırdıq. Yasamal rayonu 29-cu polis bölməsinin bir neçə əməkdaşı hadisə yerinə gəldilər. Xuliqanlıq etmiş həmin şəxs və mən polis bölməsinin əməkdaşlarının müşayəti ilə Yasamal rayon 29-cu polis bölməsinə gəldik. Bölmənin qabağına həmçinin mənim qonşularım da gəldilər. Polis bölməsində saxlanılan şəxs yoxlanılarkən üstündə soyuq silah olan bıçaq da tapıldı".
Yaşar Cəfərli bunu da bildirdi ki, "Məndə olan son məlumata görə, mənə hücum edəni polis saxlasa da, dünən onu sərbəst buraxıblar və hüquq-mühafizə orqanlarının bu qəribə hərəkətini izah etmək çox çətindir. Eyni hal siyasətçi İbrahim İbrahimlinin də başına gəlib. O, Naxçıvan rəhbərliyini kəskin şəkildə tənqid etdiyinə görə Naxçıvanda naməlum şəxslər tərəfindən oğurlanıb və möhkəm döyüldükdən sonr başına kisə keçirilərək təhqir edilib".
Ekspert bildirir ki, "Ölkədə hamı bilir ki, mən Azərbaycan ordusunda baş verməkdə olan qanunsuzluqlara, savaşdankənar əsgər ölümlərinə qarşı mübarizə aparıram və bu addımlar müdafiə naziri Səfər Əbiyevin ciddi narahatlığına səbəb olub. İndiki şəraitdə bu hücumun Müdafiə Nazirliyinə yaxın çevrələrdən qaynaqlandığı barədə ehtimallar daha ağlabatan görünür".
Yaşar Cəfərli baş vermiş insidentlə bağlı Azərbaycan Respublikasının Baş Prokuroru Z.Qaralova, daxili işlər naziri cənab R.Usubova, Bakı şəhər prokuroruna və Yasamal rayon prokuroruna rəsmən müraciət ertdiyini də bildirdi.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22