Fransada erməni ruzigarı
11:16 09-04-2013
CƏMİYYƏT
Fransada erməni ruzigarı
Səfir isə bu ruzigarı mənasız adlandırır
Yaxın günlərdə Fransanın xarici işlər naziri Azərbaycana səfər edəcək. Və səfərin bu mərhələdə baş verməsi bir sıra maraqlı proseslərlə sonunclana bilər. Belə ki, hazırda region uğrunda Rusiya ilə Avropa üz-üzə gəlir və Azərbaycanın tutduğu mövqe çox həlledicidir.
Fransa isə bir tərəfdən Ermənistanın strateji müttəfiqidir, digər tərəfdən isə ATƏT-in Minsk qrupunun həmsdər üzvü kimi Dağlıq Qarabağ probleminin həlli ilə məşğuldur. Və ekspertlər hesab edir ki, bu gün Fransa qərb maraqlarını nəzərə alaraq Azərbaycanla bağlı siyasətini daha da səimiləşdirməli və Ermənistanı hansısa məsələlərdə güzəştə məcbur etməlidir. Buna görə də Fransalı diplomatın ölkəyə səfəri diqqətlə gözlənilir. Amma səfər qabağı Fransa ilə Azərbaycan arasında xoşagəlməz proses yaşanıb. Belə ki, Fransa parlamentinin bir neçə üzvü Fransa parlamentində Dağlıq Qarabağla bağlı dostluq qrupunun yaradılması təklıifi ilə çıxış ediblər. Bunu da xatırladaq ki, belə bir addım Litva parlamentində də qaldırılıb və qəbul olunubda. Türkiyə prezidenti Abdulla Gül bu günlərdə Litvaya səfər edən zamanda bu məsələni gündəmə gətirdi,amma heç bir nəticəsi olmadı. Ekspertlər hesab edir ki, Litvadan sonra Fransa parlamentidə belə addım ata bilər. Bunu da qeyd edək ki, Fransada erməni lobbisinin təsirində olan deputatlar kifayət qədər çoxdur və belə bir təklifin reallaşması mümkün görünür. Necə ki, bir il öncə erməni "soyqırımını" tanımayanların cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı təkli qaldırıldı və parlamentdə qəbul olundu. Yalnız konstitusiya məhkəməsi işə qarışandan sonra qanunun qüvvəyə minməsinin qarşısı alındı. Bunu əsas gətirən ekspertlər yenə də bu prosesin təkrarlana bilməsini qeyd edirlər.
Amma Fransanın ölkəmizdə ki, səfiri Fransa parlamentində Dağlıq Qarabağla dostluq qrupunun yaradılması xəbərinin əsassız olduğunu deyib
"Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımır, Dağlıq Qarabağ suveren Azərbaycanın bir hissəsidir. Bizim bu məsələdə siyasətimiz dəyişməyib". Bu açıqlamanı jurnalistlərə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye verib.
Fransa parlamentində Dağlıq Qarabağla dostluq qrupunun yaradılması barədə sualı cavablandıran səfir bildirib ki, bu məlumat əsassızdır: "Bəzi parlament üzvləri bu təşəbbüslə çıxış ediblər. Bu, rəsmi qrup deyil, bəzi parlament üzvlərinin şəxsi təşəbbüsüdür. Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımır, Dağlıq Qarabağ suveren Azərbaycanın bir hissəsidir. Bizim bu məsələdə siyasətimiz dəyişməyib".
Səfir bildirib ki, Fransada söz azadlığı mövcuddur, lakin bu təşəbbüs ölkənin rəsmi mövqeyini əks etdirmir: "Fransa parlamentində Azərbaycan və Ermənistanla parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir".
Sonda bunu da qeyd edək ki, Fransa parlamenti belə bir addım atarsa Bu Fransanın beynəlxalq imicinə də ağır zərbə olar. Çünki Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi ən azından neytrallığını qorumalıdır. Yox əgər Fransa parlamenti belə bir addım atarsa onda Azərbaycan tərəfi Fransanın ATƏT-in Minsk qrupundan kənarlaşdırılmasını tələb edib, buna nail də ola bilər. Belə olan halda ekspertlər qeyd edir ki, Fransada müəyyən qüvvələr bu mövzunu gündəmə gətirməklə xarici işlər nazirinin səfər öncəsi Fransa-Azərbaycan münasibətlərində şübhələri inkişaf etdirməyə çalışırlar.
Toğrul
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22