Qadın həndbolçulardan ibarət Azərbaycan millisi 2024-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

"Unikal" xəbər verir ki, yığma İspaniyanı qəbul edib.

Bakı İdman Sarayında gerçəkləşən qarşılaşma rəqibin 38:18 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, Azərbaycan millisi ilk görüşdə səfərdə Şimali Makedoniyaya 17:49 hesabı ilə uduzub. İspaniya isə Litvanı üstələyib - 47:14.