"Leyla Yunus qrant xatirinə həqiqətləri təhrif etməyə hazırdır"
11:17 09-04-2013
CƏMİYYƏT
"Leyla Yunus qrant xatirinə həqiqətləri təhrif etməyə hazırdır"
"Leyla Yunusun mövqeyi hüquq müdafiəçisinin və ya QHT rəhbərinin mövqeyi deyil. Onun mövqeyi daha çox başqa dövlətin mövqeyini xatırladır". Bu barədə millət vəkili, Azərbaycan Respublikası Prezidenti yanında QHT şurasının sədri Azay Quliyev hüquq müdafiəçisi Leyla Yunusun açıqlamalarına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Leyla Yunusun açıqlamaları reallıqlardan köklü şəkildə fərqlənir.
"O, həmişə faktları inkar etməyə və özünün başqa formalarını düşünməyə can atır. O, həmişə Azərbaycanın düşməni kimi çıxış edir. Leyla Yunus heç vaxt QHT-lərin qanun çərçivəsində işləməsində maraqlı olmayıb və heç vaxt şəffaflıq norma və prinsiplərinə əməl etməyib. O heç vaxt Azərbaycanın milli maraqlarına cavab verən siyasət yürütməyib", - o əlavə edib.
Millət vəkili bildirib ki, mənsubiyyətindən asılı olmayaraq bütün QHT-lər qanun və konstitusiyanın tələblərinə cavab verməlidirlər.
"Biz onlardan qeyri-adi bir şey tələb etmirik. Biz istəyirik ki, onlar qanun çərçivəsində və şəffaf fəaliyyət göstərsinlər".
A.Quliyev deyib ki, qanun və hüquqların pozulması kimi bu cür tendensiyalar davam etsə, adekvat tədbirlər görüləcək. Heç bir ölkə öz qanunlarının pozulmasına sakit baxa bilməz.
"Leyla Yunus həmişə Azərbaycanı alçaltmağa çalışır və heç vaxt Azərbaycanın milli maraqlarını nəzərə almayıb. Onun üçün vacib olan qrantdır. Elə hallar olub ki, o, Azərbaycan dilini və xalqını təhqir edib. Onun başlıca məqsədi həmişə qrant olub. Onun üçün milli maraqlar deyilən bir anlayış yoxdur", - o əlavə edib.
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22