Amerikalı 26 yaşlı repçi “Tekashi 6ix9ine” (Deniel Ernandes) Dominikan Respublikasında sevgilisinə hörmətsizlik etdiyi iddiası ilə prodüseri döydüyü üçün saxlanılıb.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, yerli polis musiqiçini Amerikaya qayıtmaq üçün şəxsi təyyarəyə minməyə cəhd edərkən həbs edib.
Repperin həbsini Dominikan Respublikasında cinayət işi üzrə hüquqşünas Feliks Portes bildirib.