Türkiyəli aktyor Oktay Kaynarca şəxsi həyatı ilə bağlı açıqlaması ilə diqqət çəkib.
"Unikal" xəbər verir ki, aktyor yenidən ailə qura biləcəyini söyləyib:
"Zaman çox sürətlə keçir. Bu qarmaşada həyatı əlimdən buraxdım. Amma evlilik və uşaq üçün hələ də ümidim var. Atam mən 5 yaşında olanda vəfat etdi. Uşağın ata və ana ilə böyüməsi dəyərlidir, ancaq ən vacib olan həyatdır. Ona görə də gec qaldığımı düşünmürəm".
Qeyd edək ki, Oktay 2012-2013-ü illərdə Melek Angunlə evli olub.