21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2025-in seçmə mərhələsində Ukraynaya qarşı keçirəcəyi oyunun stadionu bəlli olub.
"Unikal" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma noyabrın 21-də İspaniyanın Mursiya şəhərindəki “Nueva Condomina” stadionunda olacaq.
Görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.