Bakıda qətlə yetirilən müğənni Yaqut Həşimovanın bacısı Şəlalə açıqlama verib.
“Unikal” xəbər verir ki, o, ATV-də yayımlanan “Bizimləsən” verilişinə danışaraq bacısının başının kəsilmədiyini deyib:
“Əri narkotik istifadəçisi idi. Evə gəlmirdi. Söz-söhbətləri var idi. Bacımın başı kəsilməyib, bıçaq şah damarına dəyib. Qətli törədən doğmaca xalam oğludur. Son dövrlər işləməməyinə görə söz-söhbətləri olurdu, bacım onunla danışmırdı. Son vaxtlar qısqanclıq edirdi, bacımı toya getməyə qoymurdu”.