Sonuncu dəfə "Mən bu cahana sığmazam" serialında rol alan aktyor Erkan Can avtomobil qəzası keçirib.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, xəsarət almadan xilas olan sənətçinin içkili olduğu bəlli olub.

Aktyorda 236 promil içki aşkarlanıb. Aktyor "içkiliyəm, qanunu da bilirəm" deyə, reaksiya verib.

Polis Erkanın sürücülük vəsiqəsinə müvəqqəti məhdudiyyət qoyub.