Məşhur komediya ustası, müğənni Maksim Qalkin yenidən Bakıya gələcək.
"Unikal" xəbər verir ki, şoumen “Gözəllik uzaqda deyil” adlı yeni konsert proqramı ilə çıxış etməyi planlaşdırır. Tədbir 2024-cü il fevralın 9-da keçiriləcək.
Qeyd edək ki, Rusiyanın Xalq artisti Alla Puqaçovanın həyat yoldaşı, şoumen Maksim Qalkin bu ilin fevralında Bakıda konsert vermişdi.