"Müdafiə silahlarının satışı bizim gündəmimizdədir, çünki Ermənistanla müzakirələrimiz bundan ibarətdir. Təzyiqlərdən qaçmaq üçün konkret hansı silahlardan danışıldığını deməyəcəyəm ki, bütün bunlar reallaşsın".

"Unikal" xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastyan Lekornu Senatda 2024-cü il üçün müdafiə büdcəsinin müzakirəsi zamanı bildirib. Onun sözlərinə görə, onlar bu həftə Ermənistan Müdafiə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində əməliyyat və konkret tədbirləri başa çatdıracaqlar.

Lekornu cavabında Ermənistan ətrafında baş verən prosesləri diqqətlə izlədiyini, Ermənistan Müdafiə Nazirliyi ilə qarşılıqlı etimad mühitinin olduğunu bildirib. O xatırladıb ki, Fransa Ermənistanda müdafiə missiyası açıb və təyin olunmuş hərbi attaşeyə informasiya hücumlarından belə nəticəyə gəlir ki, bütün bunlar çox səmərəlidir.

“Dövlət başçısı (Prezident Emmanuel Makron-red.) aydın şəkildə müəyyən etdi ki, müdafiə silahlarının satışı bizim gündəmimizdədir, çünki Ermənistanla müzakirələrimiz bundan ibarətdir. Təzyiqlərdən qaçmaq üçün konkret hansı silahlardan danışıldığını deməyəcəyəm ki, bütün bunlar reallaşsın. Lakin bəzi silah növləri ciddi şəkildə müdafiə xarakterli ola bilər və ilk növbədə Ermənistanın həyatının qorunmasına və təhlükəsizliyinin təmin edilməsinə xidmət edə bilər”, - Lekornu davam edib. O, senatorların nəzərinə çatdırıb ki, gələn həftə (müzakirə oktyabrın 11-də olub) əməliyyat və konkret fəaliyyətləri başa çatdırmaq üçün Ermənistan Müdafiə Nazirliyinin rəhbəri ilə əlaqə saxlayacaq.

“Siz görürsünüz ki, Fransa Ermənistana sadiqdir.Hesab edirəm ki, bu, Fransanın özünün maraqlarına uyğundur”, - deyə fransalı nazir yekunlaşdırıb.