Məşhur türk aktyoru Kıvanç Tatlıtuğun üçüncü dəfə koronavirusa yoluxduğu məlum olub.

"Unikal" xəbər verir ki, daha əvvəl iki dəfə koronavirusa yoluxan aktyorun həftəsonu keçirdiyi testdən bir daha müsbət nəticə aldığı öyrənilib.

Birsen Altuntaşın xəbərinə görə, müalicəsi dərhal başlayan Tatlıtuğ həyat yoldaşı Başak Dizer və körpəsi Kurt Efeyə Covid yaymamaq karantinə alınıb.

Tatlıtuğ özünü evdə ayrı otaqda təcrid edib və 3 gündən sonra testinin nəticəsi mənfi çıxıb.

Məşhur aktyorun sabahdan "Aile" serialının çəkiliş meydançasında işə başlayacağı öyrənilib.