“Müharibənin başlanğıcı kəşfiyyat səhvi idi. Mənim rəhbərliyimdəki Hərbi Kəşfiyyat Departamenti olaraq biz HƏMAS-ın törətdiyi terror aktı ilə bağlı xəbərdarlıq edə bilmədik".

"Unikal" xəbər verir ki, bunu İsrail Hərbi Kəşfiyyat İdarəsinin rəisi Aharon Haliva bildirib.

"Ən mühüm vəzifələrini yerinə yetirə bilmədiklərini" qeyd edən Haliva, Hərbi Kəşfiyyat İdarəsinin rəisi olaraq bu uğursuzluğa görə bütün məsuliyyəti öz üzərinə götürüb.

İsrail rəsmisi “Nəyi daha dərindən və hərtərəfli araşdırmağa ehtiyac varsa, onu araşdırıb nəticə çıxaracağıq. “İndi yalnız bir missiya var, o da mübarizə aparmaq və qalib gəlməkdir.

HƏMAS-ın oktyabrın 7-də başlatdığı hücumlardan sonra İsrailin əməliyyatla bağlı kəşfiyyat məlumatı əldə edə bilmədiyi iddiası dünyada tez-tez müzakirə olunub.

İsrail ordusunun sözçüsü Daniel Hagari: “Bu hadisə ilə bağlı konkret kəşfiyyat xəbərdarlığı olmayıb. Belə bir hadisəni başa düşə bilmədik. Keçən gecə bəzi kəşfiyyat əlamətləri var idi, amma belə bir hərəkət deyildi. "Biz hər şeyi hərtərəfli araşdıracağıq" deyib.