Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin xəstəxanaya hücumunu qınayıb.
"Unikal" xəbər verir ki, “Bütün bəşəriyyət vəhşiliyi dayandırmaq üçün hərəkətə keçməlidir” deyə prezident X sosial platformasında yazıb.
Ərdoğan, İsrailin Qəzzada xəstəxananı vurması ilə bağlı sosial media mesajında bu sözləri qeyd edib:
Qadınların, uşaqların və günahsız vətəndaşların olduğu xəstəxananın vurulması İsrailin ən təməl insani dəyərlərdən məhrum hücumlarının son nümunəsidir. Mən bütün bəşəriyyəti Qəzzada bu misli görünməmiş vəhşiliyi dayandırmaq üçün hərəkətə keçməyə dəvət edirəm.
İçerisinde kadınların, çocukların, masum sivillerin olduğu bir hastaneyi vurmak, İsrail’in en temel insani değerlerden yoksun saldırılarının son örneğidir.
— Recep Tayyip Erdoğan (@RTErdogan) October 17, 2023
Gazze’de yaşanan ve tarihte benzeri olmayan bu vahşeti durdurmak için tüm insanlığı harekete geçmeye davet ediyorum.