İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qəzzada xəstəxanaya hücumdan sonra qalmaqallı paylaşım edib.

"Unikal" xəbər verir ki, Ben-Qvir yazıb ki, "Qəzza zolağında fələstinli qruplar tərəfindən saxlanılan israilli məhbuslar azad edilmədikcə, yardım əvəzinə bölgəyə yüzlərlə ton partlayıcı daxil olmalıdır".

Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra İsrailin Qəzzada Əl-Əhli Baptist Xəstəxanasını bombalaması nəticəsində ölənlərin sayının 500-ə yüksəldiyini bildirib.