İsrail vətəndaşları üçün təhlükə səviyyəsi ən yüksək - dördüncü səviyyəyə qaldırıb.  İsrailin Milli Təhlükəsizlik Şurası Türkiyədəki vətəndaşlarına xəbərdarlıq edərək, terror aktları təhlükəsi ilə əlaqədar onları dərhal ölkəni tərk etməyə çağırıb.
"Unikal" xəbər verir ki, Büronun müvafiq bəyanatını İsrail hökumətinin mətbuat xidməti yayıb.
"Xaricdə israillilərə qarşı terror təhdidlərinin davamlı artması fonunda Türkiyə üçün səyahət xəbərdarlığı ən yüksək səviyyəyə - dördüncü səviyyəyə qaldırılıb. Türkiyədəki bütün israillilər ən qısa zamanda ölkəni tərk etməlidir", - bəyanatda deyilir.
Mərakeşdə terror təhlükəsinin səviyyəsi ikinci səviyyəyə qaldırılıb. Bu ölkədəki israillilər artan ehtiyat tədbirləri görməlidir.
MTŞ-nin əvvəlki xəbərdarlığı oktyabrın 8-də dərc edilib. Milli Təhlükəsizlik Şurası orada israilliləri Yaxın Şərq ölkələrinə getməməyə və təcili olaraq Sinayı tərk etməyə çağırıb.