Dünya turuna çıxan müğənni Madonna həftəsonu Lonondakı konsertində sərt komendant saatını pozduğuna görə 300 min funt sterlinq cərimə oluna bilər.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, sənətçi şounu saat 22:30-dan sonra davam etdirərək, konsert fəaliyyətlərinə qoyulan məhdudiyyətlərlə bağlı Böyük Britaniya qaydalarını pozub. Nəticədə ifaçının çıxışı saat 23:00-da qəfil kəsilib.