Oqtay Şirəliyevin müəmmalı susqunluğu
11:35 10-04-2013
CƏMİYYƏT
Oqtay Şirəliyevin müəmmalı susqunluğu
Səhiyyənin tənqidi güclənir, nazir isə gözə dəymir
Son dövrlərdə həkim məsuliyyətsizliyi ilə bağlı vəkillərə müraciət edənlərin sayı artıb. Burada əsas problem müraciət edən vətəndaşların hüquqlarının tam müdafiə olunmasının qeyri-mümkünlüyüdür.
Bəzi ekspertlərə görə, buna səbəb qanunvericilikdə olan bəzi boşluqlardır. Hazırda bu kimi məsələlər Konstitusiyanın 41-ci maddəsi və əhalinin sağlamlığı haqqında qanuna əsasən tənzimlənir ki, burada da cinayət məsuliyyəti və cəzalar nəzərdə tutulmayib.
Amma fərqli düşünənlər də var. Əksər ekspertlər səhiyyə sistemində ciddi kadr və islahat dəyişikliklərinin önəminə diqqət çəkirlər. Onlar ölkənin səhiyyə sistemində çox ciddi problemlərin olduğunu, həm də bunun daha çox bu sahənin maliyyələşdirilməsinin mövcud mexanizmləri ilə bağlı olduğunu qeyd edirlər.
Amma səbəb nə olursa olsun, Azərbaycan səhiyyəsinin vətəndaşlar arasında etimad və etibarının xeyli sarsıldığı, səhiyyə sisteminə rüşvət və korrupsiya yuvası kimi baxıldığı bir faktdır. Artıq xalq arasında yarızarafat, yarıciddi bir fikir də geniş yayılıb: “Bizdə xəstəxanalara sağalmağa yox, ölməyə gedirlər”.
Bu sahədən şikayətlərin artdığı, şikayətlərlə bərabər, müstəqil ekspertlərin və KİV-lərin də səhiyyə sistemini sərt dillə tənqid etdiyi bir vaxtda isə bizim diqqətimizi bir məqam çəkir: onsuz da əvvəllər mətbuatda və ictimaiyyət arasında çox görünməyi sevməyən səhiyyə naziri son aylarda isə ümumiyyətlə görünməz olub. Onun axırıncı dəfə jurnalistlərə nə vaxt açıqlama və ya müsahibə verdiyini çoxumuz heç xatırlamırıq da.
Bəs səhiyyə ən çox tənqid atəşinə tutulan sahələrdən biri olduğu halda nazir Şirəliyevin deyilənlərə, yazılanlara belə az, seyrək, son zamanlar isə ümumiyyətlə reaksiya verməməsinin səbəbi nədir?
Hesab olunur ki, bu, Oqtay Şirəliyevin istər öz ünvanına, istərsə də ümumilikdə rəhbərlik etdiyi sahəyə əksər tənqid, ittiham və kompromatların qaynağını çox yaxşı bilməsindən irəli gəlir. Nazir danışmamaqla iqtidar içindəki rəqibləri ilə açıq döyüşə çıxmaq istəmədiyini biruzə verir. Onun son vaxtlar ümumiyyətlə intensivləşən tənqid və ittihamlar qarşısındakı susqunluğu da elə bunların əksəriyyətinin mənbəyini dəqiqliyi ilə bilməsindən irəli gələn arxayınçılığın nəticəsidir.
Amma bu, o demək deyil ki, Şirəliyev ona atəşin hardan açıldığını bildiyi və özü də iqtidar içində onu sevməyənlərə cavab atəşi açmaq istəmədiyi üçün susur. Əlbəttə, yox. Çünki səhiyyə naziri hakimiyyətdaxili qrup savaşlarından çəkinir. O, özünü kifayət qədər təsir imkanları olan şəxs saymır və yetərincə ciddi dayaqları olan, hakimiyyətdaxili proseslərə istiqamət və rəng vermək imkanlarına malik rəqibləri ilə açıq döyüşü uduzacağından narahatdır.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22