ABŞ-nin dövlət katibi Entoni Blinken Livanın Baş nazir əvəzi Nəcib Mikati ilə telefon danışığı aparıb. 

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı Blinken Beyrutun Fələstin – İsrail münaqişəsinə qarışacağı təqdirdə, Livan xalqının zərər çəkəcəyini deyib: "Blinken livanlı siyasətçi ilə söhbətində ABŞ-nin Livan xalqına dəstəyini təsdiqləyib və Yaxın Şərq ölkəsinin cənub sərhədləri boyu yüksələn gərginlikdən dolayı artan narahatlığı qeyd edib".

Ağarza Elçinoğlu