1966-cı ildə İngiltərədə futbol üzrə dünya çempionu olmuş Bobbi Çarlton 86 yaşında vəfat edib.

"Unikal" xəbər verir ki, məlumatı “Mançester Yunayted” saytı yayıb.

"Mançester Yunayted klubumuzun tarixinin ən böyük və ən sevilən futbolçularından biri Ser Bobbi Çarltonun vəfatı ilə əlaqədar kədərlənir. O, təkcə Mançesterdə və ya Böyük Britaniyada deyil, futbolun oynandığı bütün dünyada milyonlarla insanın qəhrəmanı olub”, - klubun açıqlamasında deyilir.

Bobbi Çarlton karyerasının böyük hissəsini “Mançester Yunayted”də keçirib.