“Livanın cavab verməli böyük bir sualı var. Qəzza naminə Livanın rifahını riskə atmağa dəyərmi?

"Unikal" xəbər verir ki, bunu Hizbullahın şimala sızma və hücum cəhdlərinin davam etdiyini bildirən İsrail Müdafiə Qüvvələrinin sözçüsü Conatan Konrikus bildirib. İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü buna görə,Livanı günahlandırıb  .

O, sosial media hesabında İsrailin Livan sərhədindəki son vəziyyətlə bağlı hadisələri paylaşıb. Hizbullahın hər gün hücuma cəhd etdiyini deyən Konrikus, “İndiyə qədər müdaxiləmiz ölçülüb, taktiki və sərhədə yaxın ərazilərlə məhdudlaşıb. Nəticə olaraq, Hizbullah çox, çox təhlükəli oyun oynayır. Hər gün daha çox hücumlar təşkil etməklə vəziyyəti gərginləşdirirlər. Livanın cavab verməli böyük bir sualı var. Qəzza naminə Livanın rifahını riskə atmağa dəyərmi? deyə qeyd edib.

Digər tərəfdən, İDF şimaldakı Avivim bölgəsində tank əleyhinə raketlərlə hücum cəhdi edildiyini ifadə edərək əlavə edib: "Qısa müddət əvvəl Livan sərhədindəki Avivim bölgəsində bir terror qruplaşması təsbit edildi. İsrail ərazisinə tank əleyhinə raketlər atdı və İsrail ordusu ou zərərsizləşdirdi