Transfermarkt internet portalı özünün Telegram kanalında dünyanın ən bahalı hücumçularının siyahısını dərc edib.

"Unikal" xəbər verir ki, siyahıda birinci yeri İngiltərənin “Mançester Siti” klubunun norveçli hücumçusu Erlinq Haaland tutub. Birinci yeri norveçli ilə fransız PSJ-nin futbolçusu Kilian Mbappe bölüşdürüb . İlk üçlüyü “Real Madrid”dən Vinisius Junior (150 milyon avro) tamamlayıb.

Haaland keçən mövsüm İngiltərənin "Mançester Siti"sinin ən yaxşı oyunçusu seçilib. O, 52 matçda iştirak edib, bütün yarışlarda 52 qol vurub və 9 məhsuldar ötürmə verib. Qeyd edək ki, bu, norveçlinin İngiltərə Premyer Liqasında (APL) debüt mövsümü idi.

Avqustun 31-də norveçli forvard Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) versiyasına görə ilin ən yaxşı futbolçusu seçilib .

Premyer Liqanın növbəti turunda “Mançester Siti” “Mançester Yunayted”lə qarşılaşacaq. Qarşılaşma oktyabrın 29-da baş tutacaq.