Tonqa Krallığının cənub-qərb sahillərində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə Avstraliya Dövlət Geoloji Bürosu məlumat yayıb.

Qeyd olunub ki, yeraltı təkanların episentri 22,4 min insanın yaşadığı Nukualofa şəhərindən 500 km cənub-qərbdə, ocağı isə təxminən 520 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.