Ağdaşda anasını bıçaqlamaqda şübhəli bilinən yetkinlik yaşına çatmayan şəxs saxlanılıb.

Bu barədə "Unikal"ın sorğusuna cavab olaraq DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Faktla bağlı araşdırma aparılır.

***

08:53

Ağdaşda oğul anasını bıçaqlayıb.

"Unikal"ın bölgə müxbiri xəbər verir ki, mübahisə zəmnində 1981-ci il təvəllüdlü Heydərova Sevil Əzizağa qızına 17 yaşlı oğlu tərəfindən ağır bıçaq xəsarətləri yetirilib.

Yaralı qadın əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Ehtiram Muradov