Fələstinlilərə qarşı təcavüzündə İsrailə beynəlxalq dəstək daha çox qətl və dağıntı üçün lisenziyadır.

"Unikal" xarici KİV-ə istinadə xəbər verir ki, bunu Fələstinin baş naziri Mohammed Ştayyeh Ramallahda Fələstində akkreditə olunmuş 25 səfir, nümayəndə və konsulla görüşündə deyib.

O, beynəlxalq ictimaiyyəti və dost ölkələri "İsrail işğalının Qəzza zolağında Fələstin xalqına qarşı təcavüzünü və onları öz yerindən çıxarmaq planlarını dayandırmaq" üçün vahid cəbhə yaratmağa çağırıb.

Ştayyeh həmçinin, İsrailin Qəzza zolağına qurudan müdaxiləsinin qarşısını almaq və Qəzza zolağına tibbi və humanitar yardımların çatdırılmasına icazə vermək üçün İsrailə təzyiq göstərməyə çağırıb. O əlavə edib ki, İsrailin təcavüzünə beynəlxalq dəstək ona yaşıl işıq yandırmaq və daha çox qətl və dağıntılar həyata keçirmək üçün lisenziya vermək deməkdir.