İcra başçılarının döyülməsini cəmiyyət istəyir
11:39 10-04-2013
SİYASƏT
İcra başçılarının döyülməsini cəmiyyət istəyir
Bu sabah reallaşada bilər
Son günlər bölgələrdən icra hakimiyyəti başçıları ilə bağlı maraqlı xəbərlər gəlməkdədir. Məsələn, diqqəti cəlb edən ən maraqlı xəbərlər bunlar oldu.
- Beyləqanın icra hakimiyyətinin başçısı Vaqif Axundovu döyüblər
- Quba rayonunun icra başçısı Mübariz Ağayev döyülüb
- Goranboyun icra başçısı Nizaməddin Quliyev oğlunun həbs olunmaması üçün onu ölkədən çıxarıb
-Gədəbəyin icra başçısı Ramiz Yediyarov 300 sahibkarla üz-üzə qalıb
Düzdür, sonradan bu xəbərlərin bir qismi təkzib edildi. Amma maraqlıdır nədən bu cür xəbərlər yayılır və hər birində hədəf olaraq icra başçıları göstərilir. Müşahidəçilər bunu bir neçə məqamla izahlayırlar.
İlk növbədə onunla ki, həqiqətən də rayonlarda bu gündə sahibkarlar yerli icra orqanları tərəfindən az qala istismar edilirlər. Dünənə qədər bunu açıq şəkildə edib, rayondakı abadlıq işlərini sahibkarlara gördürürdülərsə, indi yeni forma tapılıb. Bildirilir ki, öncə sahibkarların biznesinə maneələr törədilir, daha sonra onların qanunsuz bizneslə məşğul olduqları və ya vergidən yayınmaları ilə bağlı iddialar səsləndirilir və bu şantajdan sonra onlardan abadlıq üçün yenə pul alınır. Bu isə sahibkarların ciddi narazılığına səbəb olub və buda özlüyündə qarşıdurmaların ortaya çıxması ilə müşahidə olunur. Bildirilir ki, hazırda sahibkarlar düşdükləri vəziyyətdən çıxmaq üçün rayonlara təhkim olunan nazirlərlə ünsiyyətə can atırlar. Belə olan halda isə rayon icra başçılarına artıq ümidsiz bir yer kimi baxılır. Digər tərəfdən rayon icra hakimiyyəti başçılarını aşağılayacaq belə xəbərlərin yayılma səbəblərindən biri də cəmiyyətdə onlara bir aqressiyanın olması ilə bağlıdır. Həqiqətən də bu gün əksər rayon icra hakimiyyəti başçılarına qarşı cəmiyyətdə bir patoloji nifrət var və bu get-gedə artır. Prezident İlham Əliyevin məmurları, o cümlədən icra hakimiyyəti başçılarını sərt tənqid etməsindən sonra isə cəmiyyət bu nifrəti daha açıq şəkildə nümayiş etdirməyə çalışır. Və baş verənlərin hər birində təqsirkar kimi rayon rəhbərləri göstərilir. Məsələn Gədəbəydə bazar yanır və sahibkarlar hədəf kimi icra başçısını göstərirlər. Və bildirilir ki, icra başçısı yeni bazar tikir və bu səbəbdən köhnə bazarı sıradan çıxarır ki, öz bazarı işləsin. Yəni bu açıq şəkildə göstərir ki, artıq yerli icra orqanlarına inam qalmayıb. Bəs belə bir inamın olmaması hansı nəticələr yarada bilər və bundan çıxış yolları nədir?
Aparılan araşdırmalar da sübut edir ki, bu gün bölgələrdə əhali inqilab ab-havasındadır və bu xaotik şəkildə hər gün artır. Çünki yerli icra strukturları demək olar ki, işlək halda deyil və problemlərin həllinin əksinə olaraq problemlər süni şəkildə daha da artırılır. Cəmiyyət isə artıq bununla barışmaq niyyətində deyil və çıxış yolu kimi kütləvi itaətsizliyə maraq göstərirlər. Bundan başqa ortada Quba yanaşması var və buda insanlara təsirsiz ötüşməyib. Məlum olduğu kimi Qubada icra başçısı yerli sakinləri təhqir etmişdi və buna cavab olaraq rayonda əhali kütləvi şəkildə ayağa qalxdı və icra başçısı istefaya göndərildi. Bu gün hər bir rayon sakini də hesab edir ki, yerli icra başçılarının istefaya göndərilməsi onların sosial durumuna müsbət təsir göstərəcək. Buna görə də əksər ekspertlər hesab edir ki, hakimiyyət təxirəsalmadan kadr islahatlarına başlamalıdır. Çünki vəziyyət hər dəqiqə kritikləşə bilər və bundan kənar qüvvələr məharətlə istifadə edə bilər. Bunu da qeyd edək ki, indiyə qədər bölgələrdə baş verən etiraz aksiyalarının heç biri siyasiləşməyib. Amma bu aksiyalar siyasiləşərsə artıq bunun qarşısını almaq mümkünsüz olar. Çünki indinin özündə İran, Rusiya kimi ölkələr Azərbaycanın daxili siyasətinə müdaxilə etmək üçün fürsət gözləyirlər və ilk anda bunu əldə edəcəklər. Həm də unutmayaq ki, qarşıdan prezident seçkiləri gəlir və hazırkı durumda bu seçkilər kifayət qədər gərgin keçəcək. Bu gərginliyi isə indidən azaltmaq üçün kadr islahatlarına getmək çox vacibdir. Beləliklə çıxartdığımız nəticə budur ki, bu gün rayon icra başçılarının döyülməsi ilə bağlı səslənən xəbərlər əslində cəmiyyətin istəyidir və hələ ki, bunu xəbər şəklində görürük. Amma sabah bunu real olaraq da görə bilərik.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53
2024-12-23 19:20:00
2024-12-23 17:04:32
2024-12-23 16:48:00
2024-12-23 16:35:46
2024-12-23 15:20:16
2024-12-23 14:02:12
2024-12-23 13:46:00
2024-12-23 11:05:03
2024-12-23 10:35:27
2024-12-23 09:02:41
2024-12-21 10:20:29
2024-12-20 22:41:09
2024-12-20 20:40:40
2024-12-20 20:16:32
2024-12-20 18:59:55