Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Penitensiar xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Unikal"a verilən məlumata görə, məhkum Bəhruz Arif oğlu Mustafayevə həyat yoldaşı Samirə Paşa qızı Mustafayevanın gətirdiyi sovqatdakı gödəkçənin cibində gizlədilmiş bükülülərdə 4,168 qram marixuana aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.