"Air Canada" aviaşirkətinin Toronto-Dehli reysini yerinə yetirən Heydər Əliyev Beynəlxalq Aeroportuna qəza enişi edən təyyarəsinin sərnişinləri təyinat məntəqəsinə digər reys ilə yola salınıb.

"Unikal" xəbər verir ki, təyyarə yerli vaxtla saat 19:21-də Bakı hava limanından uğurla Dehliyə yola düşüb.

Qeyd edək ki, “Boeing 777” dünən yerli vaxtla saat 15:58-də Bakı hava limanına uğurla eniş edib. Hava gəmisində 301 sərnişin və 16 ekipaj üzvü olub.